Rusiya və Səudiyyə Ərəbistanı bütün pasport növlərinə malik şəxslər üçün viza tələblərinin qarşılıqlı şəkildə ləğv edilməsinə dair hökumətlərarası saziş imzalayıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə TASS-a istinadən xəbər verir.
Ölkələr, həmçinin iqlim dəyişikliyi və aşağı karbonlu inkişaf mövzularında bir Anlaşma Memorandumu imzalayıblar.
Digər bir saziş isə arxiv işi sahəsində əməkdaşlığa aiddir. Xatırladaq ki, bundan əvvəl, Rusiya hökuməti Rusiya və Səudiyyə Ərəbistanı arasında qarşılıqlı viza güzəştinə dair sazişin imzalanmasını təsdiq etmişdi.
Hazırda rus vətəndaşları Səudiyyə Ərəbistanına giriş üçün viza almaq məcburiyyətindədirlər. Bu vizaya onlayn qaydada (e-Viza) müraciət etmək və ya hava limanına çatdıqda (Varışda Viza) əldə etmək mümkündür.
Bunun üçün onların etibarlı pasport (xarici, diplomatik və ya xidməti pasport) təqdim etməsi kifayət edəcək.