AZ

Araşdırmalar sahəsində qlobal liderdən Manatın məzənnəsilə bağlı yeni proqnoz

Marja.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlı monetar siyasəti, geniş valyuta ehtiyatları və idarə olunan üzən məzənnə rejimi manatın sabitliyini qorumaqda davam edəcək.

Bu barədə kredit reytinqləri və araşdırmaları sahəsində qlobal lider "Fitch Group"a daxil olan "Fitch Solutions" (FS) şirkətinin Azərbaycanla bağlı hesabatında bildirilib.

Hesabatda manatın ABŞ dollarına qarşı məzənnəsinin 2026-cı ildə 1,7 səviyyəsində qalacağı və yaxın dövrdə ciddi dəyişiklik gözlənilmədiyi vurğulanır. Qurum hesab edir ki, böyük xarici şoklar baş vermədiyi halda məzənnənin kəskin hərəkəti üçün əsas yoxdur.

Proqnoza əsasən, AMB inflyasiya təzyiqlərinin yüksək olsa da, ümumilikdə azalma trendində olması AMB-yə ehtiyatlı yumşalma imkanı yaradır. Bu da məzənnə sabitliyini dəstəkləyən əsas amillərdən biri olacaq.

İş elanları AzVak.az-da

© APA

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
116
23
marja.az

10Mənbələr