BAKI, 1 dekabr. TELEQRAF
Naxçıvan Muxtar Respublikası səhiyyə naziri Samiq Sadıxov vəzifəsindən azad olunub.
Teleqraf xəbər verir ki, bununla bağlı qərar Ali Məclisinin növbəti sessiyasında qəbul edilib.
Belə ki, bu gün Naxçıvan Ali Məclisinin növbəti sessiyasında Samiq Sadıxovun tutduğu vəzifədən azad edilməsi haqqında qərar layihəsi səsə qoyularaq qəbul edilib.