Xəbər verdiyimiz kimi, Rəşadət Qurban oğlu Nabatov Naxçıvan Muxtar Respublikasının səhiyyə nazirinin müavini təyin edilib.Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun imzaladığı sərəncama uyğun olaraq, yeni nazir təyin olunana qədər səhiyyə nazirinin səlahiyyətlərinin müvəqqəti icrası da Rəşadət Nabatova həvalə olunub.
NOCOMMENT.az xəbər verir ki, Rəşadət Nabatov
Rəşadət Nabatov bundan öncə Naxçıvan Muxtar Respublikası “Naxçıvan Muxtar Respublika Xəstəxanası” publik hüquqi şəxsin direktoru vəzifəsində çalışıb.
O, bu gün Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Samiq Sadıxovun müvafiq əmirinə əsasən Nabatov Rəşadət Qurban oğlu “Naxçıvan Muxtar Respublika Xəstəxanası” publik hüquqi şəxsin direktoru vəzifəsindən azad olunub.
Daha sonra Ali Məclisin iclası keçirilib və Naxçıvan Muxtar Respublikası səhiyyə naziri Samiq Sadıxovun tutduğu vəzifədən azad edilməsi haqqında qərar layihəsi səsə qoyularaq qəbul edilib.
Qeyd edək ki, Rəşadət Nabatov bu vəzifəyə sabiq səlahiyyətli nümayəndə Fuad Nəcəfli zamanında təyin olunmuşdu.