ain.az, Demokrat.az saytına istinadən bildirir.
“Ramiz Mehdiyevin dövlət hakimiyyətini zorla ələ keçirmək cəhdi ilə ittiham olunması ilə bağlı aparılan istintaq prosesləri genişlənməkdədir. İstintaqın gedişi bu şəbəkənin tərkibində olan daha çox şəxsin ifşasına səbəb olur”.Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Demokrat.az-a açıqlamasında deyib.O qeyd edib ki, baş verənlərin nə qədər təhlükəli və sistematik şəkildə həyata keçirildiyini üzə çıxarır:“Artıq məlumdur ki, Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli saxlanılıb və barəsində məhkəmə qərarı çıxarılıb. Onun ətrafında olan şəxslərin də istintaqa cəlb edildiyi, dindirmələrin aparıldığı bildirilir. İstintaqın daha da genişlənəcəyi gözlənilir. Uzun illər ərzində özünü Qərbyönlü, demokrat siyasətçi kimi təqdim edən Əli Kərimlinin əslində dövlətçiliyə qarşı fəaliyyətlərdə iştirak etdiyi, Azərbaycan hakimiyyətini zorla dəyişdirməyə və ölkəni yenidən xarici təsirlərə açmağa çalışan qruplarla – o cümlədən Ramiz Mehdiyev şəbəkəsi ilə əlaqəli olduğu iddia edilir. Bununla yanaşı, 2013-cü ildə Moskvada yaradılan Milyarderlər İttifaqı, onun Azərbaycandakı təsir qurumu olan Ziyalılar Forumu və sonradan formalaşdırılan “Milli Şura” kimi strukturlar da istintaq predmetinə çevrilib”.O diqqətə çatdırıb ki, bu təşkilatlarda iştirak edən şəxslərin dindirilməsi, telefon yazışmaları, sosial media fəaliyyətləri və digər sübutlar üzərində araşdırmalar davam edir:“Bu prosesi Türkiyədəki FETÖ hadisəsinin Rusiya versiyası kimi qiymətləndirəm. Vaxtilə Xalq Cəbhəsi hakimiyyətində və Gədəbəydə fəaliyyət göstərmiş Saleh Rüstəmovun istintaq çərçivəsində maliyyə axınları ilə bağlı etirafları və əlaqələrini açıqlaması da bu prosesin ciddi bir fazaya keçdiyini göstərir. Bu hadisələr bir daha sübut edir ki, Azərbaycan dövləti daxilində təhlükəli şəbəkələrin ifşası milli təhlükəsizlik məsələsidir. Dövlətə, millətə və vətənə xəyanət edənlər isə ən sərt formada cəzalandırılmalıdır ki, bu cəmiyyət üçün həm dərs, həm də xəbərdarlıq olsun”.Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.