AZ

Moussa Fransa klubuna keçə bilər

style='margin-bottom:10px;'>

“Marsel” klubu Niderlandın “Feyenoord” klubunun cinah hücumçusu Anis Hac Moussanı heyətinə qatmağı planlaşdırır.

QOL.az xəbər verir ki, Rotterdam klubu 23 yaşlı əlcəzairli futbolçunun transferi üçün 30 milyon avro qiymət müəyyənləşdirib. Niderland təmsilçisi ilə müqaviləsi 2030-cu ilin iyununa qədər qüvvədə olan oyunçunun menecerinin “Marsel”ə rəğbət bəsləməsi danışıqlara müsbət təsir edə bilər.

Qeyd edək ki, cari mövsümdə 20 oyunda meydana çıxan Hac Mussa 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. O, Əlcəzair millisində 9 oyun keçirib.

Seçilən
8
1
teleqraf.com

2Mənbələr