SAMUX, 1 dekabr. TELEQRAF
Samuxda iki nəfər dəm qazından boğularaq ölüb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə rayonun Hacılı kəndində qeydə alınıb.
1957-ci il təvəllüdlü Tanrıverdi Musayev və 1957-ci il təvəllüdlü həyat yoldaşı Maya Musayeva yaşadığı evin hamam otağında dəm qazından zəhərləniblər. Hər iki şəxs hadisə yerində ölüb.
Faktla bağlı Samux rayon Prorluğunda araşdırma başlanılıb.