AZ

Beynəlxalq sərgilər Azərbaycan müdafiə sənayesinin tanınmasına mühüm töhfə verir

MİRAS beynəlxalq sərgilərdə fəal iştirakı ilə Azərbaycan müdafiə sənayesinin tanınmasına mühüm töhfə verir.

“Poliqon” xəbər verir ki, IDEF-2025 sərgisi bunun ən bariz nümunəsidir.

Sərgi müddətində MİRAS bir neçə müqavilə, memorandum və niyyət məktubu imzalayıb. Bu, sektora olan marağın və şirkətin beynəlxalq səviyyədə qazandığı etimadın göstəricisidir.

MİRAS Türkiyə və digər dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri qurub. Dövlətin siyasəti hansı istiqamətdədirsə, şirkətin fəaliyyəti də həmin istiqamətdə genişlənir. Bu əməkdaşlıqlar ikitərəfli xarakter daşıyır: müəyyən məsələlərdə MİRAS türk tərəfdaşlarına dəstək verir, bəzi hallarda isə onlardan texniki və təcrübəvi dəstək alır.

Uzunmüddətli perspektivdə MİRAS öz fəaliyyətini yalnız ölkə daxilində deyil, Orta Asiya, Afrika və qonşu region ölkələri bazarlarında da genişləndirməyi planlaşdırır. Əsas məqsəd yerliləşdirmə səviyyəsini artırmaq, mühəndislik və servis işlərində milli müstəqilliyi təmin etməkdir.

Seçilən
58
1
poliqon.az

2Mənbələr