AZ

Müsavat başqanının müavini: "Milli Şura İsa Qəmbərin prezidentliyə namizədliyinin qarşısının alınması üçün yaradılmışdı"

Milli Şura həm də İsa Qəmbərin prezidentliyə namizədliyinin qarşısının alınması üçün yaradılmışdı. Müsavat Partiyası Milli Şuraya daxil olmaq istəmirdi. O vaxtlar bizi açıq şantaj edir, birliyi pozmaqda ittiham edirdilər. Bu məsələ bir neçə dəfə divanda müzakirə də olundu. Milli Şurada gedən ilkin müzakirələrdə Rusiyaya münasibətdə çox gərgin keçdi. Müsavat Partiyasının Milli Şuradan çıxmasına dair Məclisinin qərarını oxusanız hər şey aydın olacaq. Zaman-zaman Müsavat Partiyası, onun rəhbərliyi təhqir olunur, qarayaxma kampaniyası aparılırdı. Bütün şantaj və qarayaxmalar eyni mərkəzdə-eyni dəstə tərəfindən idarə olunurdu.

 

Pravda.az-ın xəbərinə görə, bunu Müsavat Partiyası başqanının müavini Osman Kazımov bildirib.

 

"2003-cü il prezident seçkilərində də Müsavata qarşı eyni çirkin siyasət aparıldı. Azadlıq meydanında yüzlərlə müsavatçı döyüldü, əzildi, həbs edildi. İndi boz kardinal etiraf edir ki, bütün o işgəncələrin başında özü durubmuş. Biz deyirdik, ifşa edirdik. İsa bəyin qalib gəlməməsi üçün bu dəstə əl-ələ verib hər şeyə getdi. Nənə babadan, baba nəvədən, nəvə turpdan yapışdı. Xalqı bir gün, bir neçə dəfə aldadarsan. 40 günün möhlətində hər şey açılar. İlham Əliyev onun yanında olub ondan bəhrələnənlərin xəyanətini xoşlamır. Bir dəfə açıq dedi, başa düşmədilər hədəfi legitimləşdirdi. Heç kim həqiqəti yazmaq, demək istəmir. Acıdır, dost qazandırmır, sərf etmir. "Pis kişi" olmaq istəmir. Amma məhv edilmiş keçmişimiz, gələcəyimiz mübarizəmiz və qələbəmiz elə belə "pis kişi"likdən keçir. Rusiya xalqımıza qarşı çirkin oyununu davam etdirir. Bu Ramiz Mehdiyevin deyil, Rusiyanın planıdır. Ramiz Mehtiyev 200 illik ssenarinin onun üçün ayrılmış bəlkə də son rolunu ifa edir. Hədəf azadlığımız, müstəqilliyimiz, sərvətlərimiz, çox əlverişli geostrateji məkanımızdır", - O.Kazımov qeyd edib.

Tarix: 1 Dekabr 2025, 17:06   
Seçilən
158
pravda.az

1Mənbələr