AZ

Səfirliklərdə təhsil müşavirləri ilə bağlı qərarlarda dəyişiklik edildi

BAKI, 1 dekabr. TELEQRAF

Prezident İlham Əliyevin 2025-ci il 29 aprel tarixli 575 nömrəli sərəncamının icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti səfirliklərdə təhsil məsələləri üzrə müşavir vəzifəsinin təsis edilməsi ilə əlaqədar bəzi qərarlara dəyişiklik edib.

Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli qərarı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin proqram təsnifatı” sənədinin 5.2.6-cı yarımbəndindən “xarici ölkələrdəki” sözləri çıxarılıb.

Bundan başqa, 2025-ci il 23 aprel tarixli 127 nömrəli qərar ilə təsdiq edilmiş Diplomatik nümayəndəliklərə təyin edilən nümayəndələrin təminat və kompensasiyaları qaydalarının 1.7-ci bəndinin ikinci cümləsindən də “xarici dövlətlərdəki” ifadəsi silinib.

Seçilən
26
teleqraf.com

1Mənbələr