AZ

Əfsanəvi futbolçunun 17 yaşlı qızı görün kiminlə eşq yaşayır

İyun ayında "Bayern" Tom Bişofu transfer etdiyini açıqlayıb.

Publika.az xəbər verir ki, Münhen klubu onu "Hoffenhaym"dan müqavilənin bitməsindən bir ay əvvəl 300 min avroya alıb ki, futbolçu klublararası dünya çempionatında iştirak edə bilsin. İndi 20 yaşlı yarımmüdafiəçi Vensan Kompani komandasının gələcəyi kimi qiymətləndirilir.

Onun "Bayern"ə adaptasiya prosesi tədricən gedir. Futbolçu hətta klubun əfsanəsinin qızı ilə münasibət qurub. Onun adı Josefina Şolldur.

Josefina Mehmet Şollun qızıdır. Yarımmüdafiəçi "Bayern"də 15 mövsüm keçirib, 469 oyuna çıxıb və 117 qol vurub. O, Münhen təmsilçisində də 8 çempionluq titulu, 5 Almaniya Kuboku, Çempionlar Liqası, UEFA Kuboku və qitələrarası kubok qazanıb. Karyerasını 2007-ci ildə bitirib. Şoll Ottmar Hitsfeldin komandasında Stefan Effenberq, Mario Basler, Oliver Kan, Uovane Elber və Hasan Salmhamidjiç ilə birlikdə əsas heyətdə olub.

Seçilən
64
18
publika.az

10Mənbələr