AZ

Dəhşətli yanğında ölənlərin sayı 151-ə çatdı

Honkonqda mənzil yanğınında ölənlərin sayı 151-ə çatıb.

Ölkə.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Bundan əlavə, bildirilir ki, 30-dan çox insan itkin düşüb.

Qeyd edək ki, Honkonqda son 17 ildə baş verən ən pis yanğın 26 noyabrda Vanq Fuk Kort yaşayış kompleksinin hündürmərtəbəli binalarını bürüyüb. "South China Morning Post" qəzetinin məlumatına görə, yanğın Vanq Fuk Kortunun təmir planının bir hissəsi olaraq binaların ətrafında ucaldılmış bambuk iskələlərdən başlayıb və yayılıb. Yanğın kompleksin birinci binasında başlayıb və daha sonra daha üç binaya yayılıb.

Həmidə İbrahimova

Seçilən
77
2
olke.az

3Mənbələr