AZ

Fermentləşdirilmiş məhsullar immuniteti gücləndirir

Azpost saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Xəstəlik zamanı bədənimizin daha həssas olduğu dövrdə qidalanmaya xüsusi diqqət yetirmək lazımdır. AzPost xəbər verir ki, terapevt və kardioloq Mariya Podqornaya xəstəliyin kəskin mərhələsində hansı məhsulların imunitetə mənfi təsir göstərə biləcəyini “KP.RU”ya açıqlayıb.

Mütəxəssis bildirib ki, immunitetin güclü qalması birbaşa həzm sisteminin sağlamlığından asılıdır və bu səbəbdən xəstəlik dövründə mədəni yükləməyən, eləcə də iltihabı artırmayan qida seçimi xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, insan xəstəlik zamanı iştahasını itirirsə, özünü zorlayaraq yemək qəbul etməməli, orqanizmi yormayan içkilərə — su, mors, kompot və ya zəif çaya üstünlük verməlidir.

Podqornaya bildirib ki, bu mərhələdə bəzi qidalar immun sistemini zəiflədə bilər. O, xüsusilə qızardılmış yeməklərin, çox kəskin ədviyyatların, ağ kələmin, qalın qabıqlı meyvələrin, üzümün, paxlalıların, həmçinin şirniyyatın, kofenin, alkoqolun, konservlərin, hazır qidaların, çovdar çörəyinin və kolbasanın rasiondan çıxarılmasını tövsiyə edib.

Həkim qeyd edib ki, xəstəlik bitdikdən sonra adi qidalanmaya birdən-birə qayıtmaq düzgün deyil və keçid mərhələsi mərhələli şəkildə olmalıdır. Onun sözlərinə görə, simptomlar keçsə belə, orqanizmin tam bərpası üçün ən azı 5–10 gün tələb olunur.

Mütəxəssis əlavə edib ki, immunitetin güclənməsində fermentləşdirilmiş məhsullar – qatıq, kefir, turşu kələm və digər probiotik mənbələri xüsusi rol oynayır. Bu qidalar bağırsaq mikrobiomasını dəstəkləyir və xəstəlikdən sonrakı bərpa prosesini asanlaşdırır.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
1
azpost.info

2Mənbələr