“Neftçi”nin baş məşqçi vəzifəsi ilə bağlı danışıqlar apardığı ukraynalı mütəxəssis Yuri Vernidub Bakıya gələ bilmədiyi üçün tərəflər arasında razılaşma baş tutmur.
Sportinfo.az Ukraynanın sport.ua saytına istinadən xəbər verir ki, 59 yaşlı mütəxəssisinin ölkədən çıxışında problem yaranıb.
Ukraynada davam edən hərbi vəziyyətə əsasən, Vernidub yalnız 2026-cı il yanvarın 22-də, 60 yaşı tamam olduqdan sonra ölkəni tərk edə bilər.
Bu isə “Neftçi” rəhbərliyinin gözləmə planlarına uyğun gəlmir və klub yeni baş məşqçi üçün iki ay vaxt itirmək niyyətində deyil.