BAKI, 1 dekabr. TELEQRAF
“Gürcüstan sülhün dəyərini yaxşı bilir. Sülh inkişafdır, tərəqqidir, ölkə və şəhərlərimizin rifahıdır”.
Teleqraf xəbər verir ki, bunu Tbilisi meri Kaxa Kaladze Budapeştdə beynəlxalq konfransda çıxışı zamanı deyib.
“Gürcüstanın Şərq və Qərb arasında kəsişmə nöqtəsində yerləşməsi, ölkəmə saysız-hesabsız çağırışlar gətirir. Böyük mədəniyyət və ənənələrə sahib gürcü xalqı əsrlərdir sağ qalmaq uğrunda mübarizə aparır. Gürcü xalqı sağ qalmağı bacarıb. Gürcüstan sülhün dəyərini yaxşı bilir. Sülh inkişafdır, tərəqqidir, ölkə və şəhərlərimizin rifahıdır.
Burada elə bir insan yoxdur ki, bu sözlərlə razılaşmasın, dünyaya tətbiq olunan psevdoliberal ideologiya ölkələrin və şəhərlərin düzgün inkişafına ciddi təhlükə yaradır. Gürcüstan hökuməti bu təhlükələr barədə yüksək səslə danışan ilk hökumətlərdən biri olub. Biz ölkəmizin maraqlarından güzəştə getmədik, Gürcüstanı məhv edəcək (Rusiyaya qarşı) müharibəyə qoşulmadıq, ölkəni ağır iqtisadi böhrana salacaq sanksiyalara qatılmadıq, kimliyimiz, dinimiz, mədəniyyətimiz və ənənələrimizi qoruduq. Bunun əvəzində isə bir neçə dövlət çevrilişi cəhdi, agentura şəbəkəkəsi vasitəsilə ölkə daxilində radikalizmin oyadılması, (Avropa İttifaqı tərəfindən) avrointeqrasiya və vizaların liberallaşdırılması proseslərinin dayandırılması ilə bağlı xarici təhdidlər aldıq”, - Tbilisi meri qeyd edib.