ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.
“Ukraynanın əsas prioritetləri müdafiə, təhlükəsizlik zəmanətləri, ölkənin müstəqilliyinin və suverenliyinin qorunmasıdır”.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Fransa lideri Emmanuel Makronla birgə keçirdiyi mətbuat konfransında deyib.
“Putin savaşa son qoymalıdır. Bu, yalnız onun müharibəsidir və məhz Rusiya təcavüzü dayandırmalıdır”, – deyə Zelenski vurğulayıb.
Zelenski ABŞ nümayəndə heyəti ilə danışıqlarda ərazi məsələsinin əsas mübahisə predmeti olduğunu da qeyd edib. Prezident çıxışının sonunda əlavə edib ki, təcavüzkar ölkə öz hərəkətlərinə görə cavab verəcək.
Əliyar Xəlil
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.