Litvanın müvəqqəti işlər vəkili Erikas Vilkanetsas Belarus Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Paralel.az xəbər verir ki bu barədə Belarus XİN-in mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, noyabrın 30-da Litvanın Lazdiyski rayonundan sərhədi keçən və Qrodno şəhərinə düşən təyyarə tipli pilotsuz uçuş aparatının Belarus dövlət sərhədini pozması ilə əlaqədar bu gün müvəqqəti işlər vəkilinə etiraz notası çatdırılıb.
Minsk hadisəni qəsdən törədilmiş təxribat kimi qiymətləndirib.
Həmçinin Belarus tərəfi Litvadan insidentlə bağlı ətraflı məlumat verməyi, araşdırma aparmağı və günahkarları məsuliyyətə cəlb etməyi, həmçinin belə halların təkrarlanmaması üçün tədbirlər görməyi tələb edib.