AZ

Moskva vilayətində partladılan “Land Cruiser” hansı tanınmış mütəxəssisə mənsubdur?

Dekabrın 1-i səhər saatlarında Moskva vilayətindəki yaşayış binasının həyətində avtomobil partlayıb.

Bu barədə ölkənin təhlükəsizlik qüvvələri ilə əməkdaşlıq edən Telegram kanalı “Shot” məlumat verib.
Təbliğatçılar “Land Cruiser”-in boş olduğunu iddia edirlər. Uçan qəlpələr nəticəsində heç kim xəsarət almayıb.

Partlayış dalğası qonşu evin pəncərələrini sındırıb. Avtomobil tamamilə yanıb.

Hökumətyönlü digər ictimai qrup olan “112” bildirir ki, yanmış avtomobilin sahibi “Stelmax Polyus” Tədqiqat İnstitutunun kvant elektronikası üzrə mütəxəssisi olan 41 yaşlı alim olub. O, hazırda ezamiyyətdədir.

//Samir Qurbanov, Editor.az

Seçilən
19
editor.az

1Mənbələr