AZ

Ət allergiyasından ilk təsdiqlənmiş ölüm

ABŞ-da gənə mənşəli ət allergiyasından ilk təsdiqlənmiş ölüm qeydə alınıb.

“İki sahil” xəbər verir ki, ABŞ-ın Nyu Cersi ştatında yaşayan 47 yaşlı kişinin vəfatının səbəbi uzun araşdırmalardan sonra müəyyən edilib.

UVA Health mütəxəssisləri bildirib ki, ölüm nadir Alfa gal adlanan ət allergiyası ilə bağlı olub. O son olaraq hamburqer yeyib.

Məlumata görə, kişi bir neçə ay əvvəl gənə sancısından sonra Alfa gal maddəsinə qarşı həssaslıq qazanıb. Bu maddə bir çox məməli heyvanın ətində mövcuddur. Həkimlərin bildirdiyinə görə, bu həssaslıq inkişaf etdikdən sonra qırmızı ət qəbul edən insanlarda gecikmiş allergik reaksiya baş verə bilər. Reaksiya adətən yeməkdən bir neçə saat sonra başlayır və bəzi hallarda həyati təhlükə yaradır.

Həkimlər əvvəlcə ölümün səbəbini müəyyənləşdirə bilməmişdi. Lakin daha sonra aparılan qan analizləri və allergiya testləri kişidə Alpha gal sindromu olduğunu təsdiqlədi. Bu hadisə gənə mənşəli ət allergiyası ilə bağlı dünyada qeydə alınmış ilk təsdiqlənmiş ölüm kimi qeyd olunur.

Seçilən
16
ikisahil.az

1Mənbələr