AZ

Biz müharibəni qazandıq, indi də gəlin, sülhü qazanaq Hikmət Hacıyev

Metbuat saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Azərbaycan sabitlik, təhlükəsizlik və rifah adasıdır, biz onu gücləndirməyə davam edəcəyik".

Metbuat.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Brussels Signal" nəşrinə açıqlamasında bildirib.

"Biz regionu tamamilə dəyişdiririk və Ermənistanla Azərbaycan arasında sülh gündəliyini gücləndiririk. Biz müharibəni qazandıq, indi də gəlin, sülhü qazanaq", - deyə Hikmət Hacıyev vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycanın geosiyasi kimliyi çoxşaxəli hala gəlib. Ermənistanla münaqişənin sonu Bakının öz xarici siyasətini yenidən nəzərdən keçirməsinə səbəb olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
1
metbuat.az

2Mənbələr