ain.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həyəcan təbili çalır: Rusiya və Ukrayna arasında müharibə Türkiyə sahillərinə yaxınlaşıb. Türkiyə lideri “kölgə donanması”na aid Rusiya tankerlərinə hücumdan sonra bəyan edib ki, bütün Qara dənizin təhlükəsizliyi indi təhdid altındadır. “Kairos” və “Virat” gəmiləri Türkiyədən cəmi bir neçə kilometr aralıda partladılıb. Gəmilərə hücum etmək üçün Ukraynaya məxsus yeni sualtı dronlardan istifadə edilib.
Bakupost.az xəbər verir ki, bu barədə siyasi müşahidəçi Dadaş Əhmədli bildirib.
“Görünən isə odur ki, indi Rusiya ilə əlaqəsi olan heç bir gəmi təhlükəsiz olmayacaq: Rusiya nefti daşıya bilən türk tankeri də Seneqal sahillərində partladılıb. Gəmi Türkiyənin “Mersin Shipping Inc” şirkətinə məxsusdur və Panama bayrağı altında üzür. “Bloomberg” xəbər verir ki, “Mersin” bu il dəfələrlə Rusiya limanlarına daxil olub.
Tanker Dakar sahillərində lövbər salarkən dörd partlayış səsi eşidilib. Dəniz suyu maşın otağına dolub, lakin heç kim xəsarət almayıb. Bu, noyabrın 27-də baş verib.
“İstanbul Haber” xəbər verir ki, gəmi “Rusiya neftini daşıdığı” üçün Ukrayna pilotsuz təyyarələri tərəfindən hədəfə alınıb. Nəşr bu məlumatı təsdiqləmir”, - deyə o bildirib.
Asena,
BakuPost
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.