AZ

“Fənərbağça” ilə “Qalatasaray” heç-heçəyə razılaşdı


Türkiyə Premyer Liqasının 14-cü turunda “Fənərbağça” “Qalatasaray”la görüşüb.
Yeniavaz.com
xəbər verir ki, İstanbuldakı Şükrü Saracoğlu stadionunda keçirilən derbidə qalib müəyyənləşməyib.
Hesabı 27-ci dəqiqədə Leroy Sane açıb, 90-cı dəqiqədə isə Con Duran Domeniko Tedeskonun yetirmələrini xilas edib. Yekun hesab 1:1.
Qeyd edək ki, “Qalatasaray” Superliqa cədvəlində “Fənərbağça”dan 1 xal üstündür.
Seçilən
86
yeniavaz.com

1Mənbələr