Qafqazinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin baş giziri, şəhid Camal İsmayılovun ailəsi Zəfər muzeyini ziyarət edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə şəhidin anası Filarə İsmayılova sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, nəvəsi Alparslanla birlikdə muzeyi ziyarət edərkən yüksək ehtiramla qarşılanıblar:
“Bu gün Alparslanımla Zəfər muzeyinə getdik. Çox hörmətlə, isti qarşılanma oldu. Vətənimizi Zəfər muzeyindən izləmək çox sevindirici bir haldır. Muzeyi gəzərkən çox hörmətli Hikmət Hacıyevlə qarşılaşdıq ,salamladıq və Hikmət müəllim: “Siz Qəhrəman Camalin anasınız”,- dedi.
Camal haqqında, onun qəhrəmanlığı haqqında Hikmət müəllimlə bir xeyli söhbət etdik. Mənim qəhrəman balam bu gün bir daha səninlə qürur duydum. Hikmət müəllim qayğılarımızla maraqlandı. Camalın övladlarının təhsili ilə maraqlandı.
İndi bildim ki müharibəyə gedərkən Camal “Sizi dövlətimə əmanət edirəm” sözünü əbəs yerə deməmişdi”.
Qeyd edək ki, şəhid Camal İsmayılovun 2 qız övladı var idi, oğlu Alparslan isə atası şəhid olduqdan sonra dünyaya gəlib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.