AZ

İlin sonuncu Super Ayı görünəcək

2026-cı ilin gəlişinə çox az vaxt qalıb və bu, təbii olaraq bir sualı daha da aktuallaşdırır: növbəti il qiymətlər necə dəyişəcək? Son illərdə bazarlarda baş verən proseslər göstərir ki, hər sahədə - istər ərzaq, istər geyim, istərsə də xidmət sektorunda qiymətlər ya artır, ya azalır və hər dəyişiklik gündəmin əsas mövzularından birinə çevrilir.

Bəs 2026-cı ildə maşınların qiyməti artacaqmı, yoxsa azalma müşahidə olunacaq?

Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirdi ki, 2026-cı ildə qiymətlərin hər hansı azalmasının müşahidə olunacağını düşünmür:

"İstər avtomobil olsun, istər daşınmaz əmlak, iqtisadi durum və iqtisadi proseslər nə qədər çətinləşirsə, vətəndaşların alıcılıq qabiliyyəti təbii ki, azalır. Amma istehsal xərcləri, gömrük xərcləri kimi nüanslar var ki, bunların avtomobillərin üzərinə əlavə edilməsi ilə formalaşmış qiymət bütün hallarda azala bilməz. Bildiyiniz kimi, hibrid avtomobillərə nəzərdə tutulan güzəştlərin aradan qaldırılması onların ölkəmizə gətirilməsinə və gətirilməsi zamanı qiymətin artmasına səbəb olur və bu, gələn ildən bazarda qiymətlərin artımına təbii təsir göstərəcək. Düşünürəm ki, 2026-cı ildə iqtisadi vəziyyət nə qədər bu prosesləri diktə etsə də, avtomobillərin qiyməti hər hansı məbləğdə enməyəcək, yəni azalmayacaq. Əksinə, daha da artacaq. Müəyyən inzibati metodlar və ya bazara kənar müdaxilələr olarsa, avtomobillərin qiymətinin müəyyən tənzimlənməsi həyata keçirilə bilər".

Onun sözlərinə görə, avtomobil almaq istəyənlər gələn il ucuz olacaq deyə gözləməsinlər:

"Bu il bu məqsədi reallaşdırıb problemi həll etsinlər. Məsələn, Türkiyədə iqtisadi vəziyyət nə qədər pisləşsə də, bu, avtomobillərin qiymətinə təsir göstərmir. Əksinə, avtomobilin qiyməti və üzərindəki vergilər daha da artırılır. Əgər dörd il əvvəl Türkiyədə avtomobil almaq imkanlı olan əhalinin təqribən 10-15%-i idisə, bu gün bu imkan daha da azalıb. Bu isə göstərir ki, iqtisadi şərait çətinləşdikcə, həyat və komfort üçün əldə olunan vasitələrin qiyməti daha da yüksəlir".

Seçilən
11
avtosfer.az

1Mənbələr