AZ

Ziyansız kimi görünüb, zəhər saçan içkilər açıqlandı

ABŞ-li kardioloq Dmitri Yaranov illərlə tibbdə çalışdıqdan sonra bir daha heç vaxt dietik qazlı içkilərə toxunmayacağını açıqlayıb.

Turkustan.az Az xəbər verir ki, həkim "sıfır şəkər" ifadəsini qablaşdırma üzərindəki "ən böyük yalan" adlandırıb.

Yaranov deyib ki, uzun müddət bu içkilərin çəkiyə və qan şəkərinə nəzarət üçün "daha sağlam seçim" kimi təqdim olunmasına baxmayaraq, yeni elmi məlumatlar tam əksini göstərir.

Kardioloq UEG Week 2025 konfransında təqdim olunan geniş araşdırmaya istinad edib. Təxminən 10 il ərzində qaraciyər xəstəliyi olmayan 124 mindən çox insan izlənilib və nəticələr göstərib ki

• Dietik və ya şəkərsiz içkiləri mütəmadi içənlərdə qaraciyərdə yağlanma riski artır
• Qaraciyərdə yağ toplanması dinamikası yüksəlir
• Qaraciyər xəstəliklərindən ölüm ehtimalı əhəmiyyətli dərəcədə çoxalır

Tədqiqat həmçinin göstərib ki, adi şəkərli içkiləri dietik içkilərlə əvəz etmək riskləri azaltmır.

Yaranov bildirib ki, süni şirinləşdiricilər bədənə "təbii şəkərdən daha ağır təsir göstərir" və bağırsaq metabolizmini, həmçinin qaraciyərin yağ emalını pozaraq xəstəlik riskini təxminən 60 faiz artırır.

"Unutmayın, süni şirin dad heç də zərərsiz deyil. Sıfır şəkər yazılması sıfır ziyan mənasına gəlmir. Bunu ilk hiss edən orqan isə qaraciyərdir", - deyə kardioloq vurğulayıb.

Bununla belə, HCA London Bridge Hospitalın qastroenteroloqu Hel Brindli hesab edir ki, dietik içkiləri tamamilə rasiondan çıxarmaq şərt deyil. O, bildirib ki, hazırkı araşdırmaların mexanizmi tam aydın olmasa da, əsas risk faktorları hələ də artıq çəki və II tip diabetdir.

Həkim məsləhət görür ki, belə içkilərdən tam imtina etməyə ehtiyac yoxdur, lakin onları yalnız mülayim miqdarda qəbul etmək daha doğru yanaşmadır./Milli.Az/

Seçilən
20
4
turkustan.az

5Mənbələr