AZ

100 minlərlə əsgər öləcək, bu dəhşətdir! Qurulev

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Rusiya ilə NATO arasında mümkün hərbi qarşıdurma halında uzunmüddətli ənənəvi müharibə ssenarisinin reallaşması ehtimalı azdır.

Globalinfo.az xəbər verir ki, bu barədə Dövlət Dumasının deputatı Andrey Qurulev danışıb. Onun fikirlərinə görə, müharibə baş verərsə, Rusiya Silahlı Qüvvələri NATO-nun əsas infrastrukturunu çox qısa müddətdə sıradan çıxarmağı hədəfləyəcək.

Qurulev qeyd edib ki, belə bir ssenaridə Baş Qərargah əvvəlcədən təsdiqlənmiş hədəflər siyahısına uyğun olaraq hərəkət edəcək. Deputatın izahına görə, bu siyahı müəyyən şərtlər baş verdikdə avtomatik olaraq aktivləşir və həmin an Rusiya ordusu Qərbə qarşı planlaşdırılmış zərbələr paketini icra etməyə başlayır.

“Hır bir ehtimalda belə bir müharibəni təsəvvür etmək belə dəhşətlidir. Düşünə bilirsiniz? Hər iki tərəfdə minlərlə əsgər öləcək, bəlkə də 100 minlərlə… Bunu heç kim təsəvvür etmək istəmir”, – deyə o bildirib.

Onun sözlərinə görə, Rusiyanın əsas vuracağı istiqamət NATO-nun komanda-nəzarət sisteminin neytrallaşdırılması olacaq. Bu sistem sıradan çıxarıldıqdan sonra alyansın logistika imkanlarının pozulması, qoşunların təminatı və yerdəyişməsi proseslərinin xeyli çətinləşməsi gözlənilir.

Tahir Turan

Globalinfo.az 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
globalinfo.az

1Mənbələr