AZ

Zelenski sülh planının Ukrayna üçün ən problemli məsələlərini sadaladı

ain.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

"Ukrayna üçün sülh planı müzakirələri kontekstində ən çox üç məsələ diskussiya doğurur".

"Unikal" "Yevropeyskaya pravda" nəşrinə istinadən bildirir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski Parisdə Fransa Prezidenti Emmanuel Makronla görüşdən sonra keçirilən mətbuat konfransında verib.

"Ərazi məsələsi ən mürəkkəb olanıdır. Bərpa üçün maliyyə məsələsi, fikrimcə, avropalı tərəfdaşların iştirakı olmadan asan deyil, çünki pullar Avropadadır. Məncə, bu, çox ədalətli deyil. Bir də təhlükəsizlik zəmanətləri məsələsi çox vacibdir: konkret olaraq ABŞ-dən, və konkret olaraq Avropadan" , - deyə o vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
170
3
unikal.az

10Mənbələr