AZ

Rusiya Ukrayna müharibəsinin sülh yolu ilə həllinə nikbinik ABŞ

ain.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Prezidenti Donald Trampın administrasiyası Rusiya-Ukrayna müharibəsinin sona çatması üçün sülh sazişinə nail olunması perspektivlərinə çox nikbin yanaşır.

"Report" xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Levitt xüsusi nümayəndə Stiven Uitkoffun Moskvaya gözlənilən səfəri ilə bağlı jurnalistlərin sualını cavablandırarkən deyib.

"Administrasiya çox nikbindir. Prezidentin bütün komandası – Uitkoff, dövlət katibi Marko Rubio, vitse-prezident (Cey Di Vens), Pentaqon rəhbəri Pit Heqset – bu istiqamətdə inanılmaz dərəcədə çox çalışıb", - Livitt bildirib.

Sözçü qeyd edib ki, noyabrın 30-da Floridada ABŞ və Ukrayna arasında danışıqlar çox yaxşı keçib və hazırkı fəallığı "məqsədli diplomatiya" adlandırıb. Onun sözlərinə görə, Vaşinqton hər iki tərəflə bərabər şəkildə danışır.

Levitt vurğulayıb ki, mümkün sazişin əsas bəndləri artıq kağız üzərində əks olunub və əhəmiyyətli dərəcədə işlənib. O əlavə edib ki, sazişin detalları hələ də danışıqlar mövzusu olaraq qalsa da, Ağ Ev pozitiv əhval-ruhiyyədədir və müharibənin başa çatacağına ümid edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
sherg.az

1Mənbələr