AZ

Arvadını dini təriqətə qoşulduğu üçün döyən şəxsə hökm oxunub

BAKI, 2 dekabr. TELEQRAF

Abşeronda həyat yoldaşını döyən şəxsə hökm oxunub.

Teleqraf xəbər verir ki, 1989-cu il təvəllüdlü Ramil Qafarov (soyad şərtidir) həyat yoldaşı Humay Qafarovanı (soyad şərtidir) döyməkdə təqsirləndirilib.

İttihama görə, Ramil Qafarov Gürcüstandan qayıtdıqdan sonra həyat yoldaşının dini təriqətə qoşulduğunu öyrənib və buna etiraz edib. Bu səbəbdən ər-arvad arasında dəfələrlə mübahisə yaranıb.

Sonuncu mübahisə zamanı Ramil Qafarov arvadını döyüb və ona bıçaqla yüngül dərəcəli xəsarət yetirib.

Təqsirləndirilən şəxs ittihamı qəbul etməyib. O, həyat yoldaşını bıçaqlamadığını, yalnız aralarında mübahisə baş verdiyini deyib.

Zərərçəkmiş qadın məhkəmədə ərindən şikayətçi olduğunu bildirib.

Abşeron Rayon Məhkəməsinin hökmü ilə Ramil Qafarovun Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək barəsində 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Seçilən
18
teleqraf.com

1Mənbələr