Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətində Pokrovsk şəhərini, Xarkov vilayətində isə Volçansk şəhərini nəzarətə götürüblər.
"Yeni Sabah" xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb.
Bildirilib ki, Rusiya Prezidenti Vladimir Putin Birləşmiş Qoşun Qruplaşmasının İdarəetmə Məntəqələrindən birinə baş çəkib.
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov burada Putinə iki şəhərin nəzarətə alındığını məruzə edib.
Telegram kanalımız