AZ

PlayStation 5 in yenilənmiş versiyası istifadəyə verildi

Lent az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Sony" şirkəti yenilənmiş "PlayStation 5" oyun konsolunun satışına başlayıb.

Lent.az bu barədə "WccfTech" nəşrinə istinadən məlumat verib.

Bildirilir ki, konsolun baza versiyası mühüm yeniləmə alıb. Belə ki, artıq cihazlarda maye metal əsaslı termal doldurucu istifadə olunur. Bu material istilik daşıyıcısının sızma ehtimalını azaldır və soyutma sisteminin effektivliyini daha da artırır.

Yenilənmiş soyutma sistemi CFI-2100/2200 indeksinə malik PS5 konsollarında tətbiq edilir. Köhnə versiya ilə müqayisədə yeni modeldə termoplastik elementin quruluşu qismən dəyişdirilib. Bu dizayn cihazın sıradan çıxma və termoelementin sızma riskini minimuma endirməyə kömək edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
90
1
lent.az

2Mənbələr