AZ

Kubokda erkən final

futbolpress-az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bu gün Azərbaycan Kubokunda 1/8 final mərhələsinə start veriləcək.

İlk oyun günündə iki qarşılaşma baş tutacaq. “Turan Tovuz” Sumqayıtda I Liqa təmsilçisi “Şahdağ Qusar”la üz-üzə gələcək. Ötən mövsüm II Liqada çempion olduqdan sonra ciddi maliyyə problemləri ilə üzləşən komandanın heyəti əsasən gənclərdən təşkil olunub. Klubun prezidenti millinin sabiq futbolçusu Rahid Əmirquliyevdir.

“Şahdağ Qusar”ın çempionatda da işləri qaydasında getmir. Komanda 9 turda cəmi 3 qələbə qazanıb. 1 heç-heçə edib, 5 dəfə uduzan bölgə təmsilçisi 10 xalla 7-ci sıradadır.

Görüşün aşkar favoriti “Turan Tovuz”dur. Titul arzusunda olan qərblilər kuboku qazanmağı hədəfləyib.

1/8 finalın əsas dueli “Zirə” ilə “Neftçi” arasında olacaq. Kuboka iddialı kollektivlər üçün erkən final olacaq. “Zirə” çempionatda ikinci sıradadır və avrokuboklara əsas namizədlərdəndir. Oyun “qartallar”ın arenasında keçiriləcək və bu, komanda üçün əlavə motivasiyadır.

“Neftçi” isə mövsümü xilas etmək adına bu mərhələni keçməlidir. Hədəf kubok qazanmaqdır. Çempionatda işlər yolunda deyil və liderlir indiki məqamda mümkünsüz qədər çətindir. Bu səbəbdən əsas diqqət kuboka yönələ bilər. Burdakı uğursuzluq “Neftçi” adına mövsümün bitdiyi kimi də qəbul edilə bilər.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
23
futbolpress.az

1Mənbələr