Azərbaycan Kubokunda 1/8 final mərhələsi bu gün 2 oyunla start götürəcək.
Offsideplus.az xəbər verir ki, günün ilk "Şahdağ Qusar" və "Turan Tovuz" üz-üzə gələcək.
Tovuz təmsilçisi aşağı liqa komandasını məğlub edərək növbəti mərhələyə yüksəlmək istəyir.
Bu mərhələnin ən maraqlı oyunu isə Zirədə baş tutacaq. Yerli komanda "Neftçi"ni qəbul edəcək.
Tərəflərin Misli Premyer Liqasının ilk dövrəsindəki oyunu 2:2 hesabı ilə başa çatmadı.
Çempionatda istədiyi kimi nəticələr əldə edə bilməyən "Neftçi" kuboku əsas hədəf kimi bəlirləyib.
"Zirə" isə öz evində mərhələni adlamağı planlaşdırır.
Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Azərbaycan Kuboku, 1/8 final
2 dekabr (çərşənbə axşamı)
15:00 “Şahdağ Qusar” – “Turan Tovuz”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Kərim Zeynalov, Kamran Əliyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Elman Musayev
“SOCAR Polymer Arena”
19:00 “Zirə” – “Neftçi”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Kamranbəy Rəhimov
VAR: Rauf Cabarov
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Erkin Hüseynov
Zirə İdman Kompleksinin stadionu