AZ

Cəfər Pənahiyə bu cəza verildi

Tehran İnqilab Məhkəməsi may ayında Kann Film Festivalında mükafat qazanan iranlı kinorejissor Cəfər Pənahini bir il həbs və iki il səyahət qadağası ilə cəzalandırıb.

Publika.az xəbər verir ki, bu barədə onun vəkili Mostafa Neili məlumat verib.

“Tehran İslam İnqilabı Məhkəməsinin 26-cı şöbəsi Cəfər Pənahini qiyabi olaraq bir il həbs və iki il səfər qadağası, həmçinin İranda islam rejimi əleyhinə təbliğat fəaliyyətinə görə siyasi və ictimai təşkilatlarda iştirakına qadağa qoyub”, - Neili sosial şəbəkədə yazıb.

O, həmçinin əlavə edib ki, mövcud hüquqi imkanlar çərçivəsində məhkəmə qərarından apellyasiya şikayəti verilməsi üçün bütün lazımi tədbirlər görüləcək.

Bir sıra mətbuat orqanları Pənahinin son vaxtlar İrandan kənarda olduğunu qeyd edir.

Seçilən
83
publika.az

1Mənbələr