AZ

“Nuhba” xüsusi təyinatlılarının rəhbəri öldürülüb | VİDEO

AzVision.az İsrail mətbuatına istinadən xəbər verir ki, Həsən Hudari dekabrın 1-də axşam saatlarında öldürülüb. O, oktyabrın 7-də qanlı qırğın zamanı İsrailin aqrar Nahal-Oz icmasına basqının iştirakçılarından biri olub.

Hudari “Dəmir Qılınclar” müharibəsi başlayandan bəri İsrailin Müdafiə Qüvvələrinə (ÇAXAL) və İsrail vətəndaşlarına qarşı terror hücumlarının rəhbərləri sırasında yer alıb.

“Hudarinin qətli noyabrın 22-də HƏMASyaraqlılarının İsrail əsgərlərinə atəş açması nəticəsində atəşkəs razılaşmasının pozulmasından sonra İsrail ordusunun Qəzza zolağı boyunca həyata keçirdiyi hava hücumları çərçivəsində baş tutub”,- xəbərdə bildirilir.

ÇAXAL-ın məlumatına görə, dərin kəşfiyyat təhlilindən sonra Hudarinin hava zərbələrindən biri zamanı öldürüldüyü təsdiqlənib.



Sahil İsgəndərov
AzVision.az
Seçilən
8
1
azvision.az

2Mənbələr