AZ

Azərbaycan süni intellekt və rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində mühüm addımlar atır - Sahib Ələkvbərov

Bakı.Trend:

Süni intellekt sahəsindəki çağırışlara cavab vermək üçün konkretaddımlar atılır.

Trend xəbərverir ki, bunu bu gün ASAN xidmətin ASAN Süni İntellekt Mərkəzinin(ASAN AI HUB) açılış tədbirindəki çıxışı zamanı İqtisadiyyatnazirinin müavini Sahib Ələkbərov bildirib.

O qeyd edib ki, ölkəmiz müxtəlif istiqamətlər üzrə kifayət qədərgenişmiqyaslı işlər həyata keçirir və buna süni intellektin tətbiqisahəsində görülən tədbirlər də daxildir:

"Ancaq bu gün etiraf etməliyik ki, görüləcək işlərin həcmi,artıq gördüyümüz işlərlə müqayisə olunmayacaq dərəcədə böyükdür.Azərbaycan strategiyasının ayrılmaz hissələrindən biriiqtisadiyyatın şaxələndirilməsidir. Son illərdə neft-qazsektorundan asılılığı azaltmaq və digər sahələrin inkişafını təminetmək istiqamətində çox işlər görülür".

S. Ələkbərov bildirib ki, son 20 ildə qeyri-neft sektorunayönəldilən 213 milyard dollarlıq investisiya nəticəsində qeyri-neftixracının iki dəfə artması, ölkəmizin bu sahədə qlobal rəqabətqabiliyyətinin yüksəldiyinin göstəricisi hesab olunur.

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqetdiyi "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair MilliPrioritetlər" strategiyasında ölkənin beş milli prioritetindən birikimi dayanıqlı və rəqabətqabiliyyətli iqtisadi artımın təminedilməsi müəyyən edilib. Bu baxımdan rəqəmsal iqtisadiyyata keçidinsürətləndirilməsi və yeni texnologiyaların tətbiqi əsas stratejihədəflərdən biridir", - Ələkbərov əlavə edib.

O vurğulayıb ki, bu çərçivədə hazırlanan 2026-2029-cu illəriəhatə edən "Rəqəmsal İqtisadiyyatın İnkişafı Strategiyası" hazırdayekun təsdiq mərhələsindədir və ölkəmizin rəqəmsaltransformasiyasını sürətləndirməyi hədəfləyir.

"Strateji sənəd çoxsaylı təşəbbüs və layihələri əhatə etməkləbiznesin texnoloji transformasiyasını, rəqabətqabiliyyətli insankapitalının formalaşdırılmasını və idarəetmənin data əsaslımodellərə keçirilməsini nəzərdə tutur.

Bu il təsdiq edilmiş 2025–2028-ci illəri əhatə edən Milli Süniİntellekt Strategiyası süni intellektin məsuliyyətli və etikşəkildə tətbiqini, iqtisadiyyatın bütün sektorlarındainnovasiyaların genişləndirilməsini və rəqəmsal təhlükəsizliyingücləndirilməsini hədəfləyir", - nazir müavini əlavə edib.

Məqalədə:
Seçilən
78
1
az.trend.az

2Mənbələr