AZ

Azərbaycandan Avropaya enerji kabeli layihəsi Avropa İttifaqının prioritet layihələr siyahısına düşüb

Bakı. Trend:

Avropa İttifaqı Azərbaycandan Avropaya “yaşıl” enerji dəhlizininyaradılmasını nəzərdə tutan “Black Sea Interconnection Cable”layihəsini qarşılıqlı maraq doğuran layihələr (PMI) siyahısınadaxil edib.

Bu barədə TrendAvropa Komissiyasına istinadən məlumat verir.

Qeyd edək ki, Avropa Komissiyası ümumilikdə 235 transmillienerji təşəbbüsünə ümumi maraq doğuran layihə (PCI) və qarşılıqlımaraq doğuran layihə (PMI) statusu verib.

Seçilmiş layihələr Avropa İttifaqının “Connecting EuropeFacility” mexanizmi çərçivəsində maliyyələşdirmə üçün müraciətetdmək , həmçinin operativ həyata keçirilmə üçün sürətləndirilmişicazə və tənzimləmə prosedurlarından yararlanmaq imkanı əldəedəcəklər.

Xatırladaq ki, 2022-ci il dekabrın 17-də Azərbaycan, Gürcüstan,Rumıniya və Macarıstan arasında Qara dənizin dibi ilə 1000 MVtgücündə, uzunluğu 1195 kilometr olan sualtı enerji kabelininsalınmasını nəzərdə tutan strateji tərəfdaşlıq sazişi imzalanıb. Bukabel vasitəsilə Azərbaycanda və Gürcüstanda istehsal olunan“yaşıl” elektrik enerjisi Rumıniyaya, oradan isə Macarıstana vədigər Avropa ölkələrinə ötürüləcək ki, bu da Avropanın Qafqazregionundan bərpa olunan enerji mənbələrinə çıxışını gücləndirəcək.Bolqarıstan da layihəyə qoşulmaqda maraqlı olduğunu bildirib.

Məqalədə:
Seçilən
196
4
az.trend.az

5Mənbələr