AZ

Rodriqo “Real Madrid”də antirekorda imza atdı


“Real Madrid”in vingeri Rodriqo Qoes ardıcıl 30-cu matçında qol vura bilməyib və “Real Madrid”in hücumçuları arasında bütün dövrlərin antirekordunu yeniləyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “365Scores” statistik portalı məlumat yayıb.
Portalın məlumatına görə, bu antirekord əvvəllər Kral Klubunun dominikanlı sabiq hücumçusu Mariano Diasa məxsus olub.
Rodriqonun Madrid klubu üçün son qolu 2025-ci ilin martında qeydə alınıb.
O vaxt futbolçu 2024/25 Çempionlar Liqasının pley-off mərhələsində “Atletiko Madrid”ə (2:1) qol vurub.
Seçilən
15
yeniavaz.com

1Mənbələr