AZ

Niderlanddan Ukraynaya 250 milyon avroluq hərbi dəstək paketi

Niderlanddan Ukraynaya 250 milyon avroluq hərbi dəstək paketi

Niderland Ukraynaya yönəlik yeni dəstək paketi çərçivəsində 250 milyon avro ayıracağını açıqlayıb.

Niderland Müdafiə Nazirliyinin yaydığı açıqlamada bu büdcə ilə ABŞ istehsalı hava hücumundan müdafiə sistemləri, sursat və müxtəlif hərbi avadanlıqların alınacağı bildirilib.

Niderlandın ABŞ silahları və avadanlıqlarının Ukraynaya tədarükünü əhatə edən “Ukraynanın Prioritet Tələbat Siyahısı” (PURL) çərçivəsində 250 milyon avro dəstək verəcəyi qeyd olunub.

Açıqlamada həmçinin bildirilib ki, bu gündən etibarən Niderland 6 ay müddətində NATO-nun şərq qanadını və Ukraynaya dəstəyin təmin edildiyi Polşadakı logistika mərkəzini qoruyacaq. Bunun üçün 2 Patriot hava hücumundan müdafiə sistemi, “NASAMS” tipli raketlər, dron əleyhinə sistemlər və 300 hərbçi xidmət göstərəcək.

Seçilən
16
afn.az

1Mənbələr