AZ

Deputatdan təklif: “Partiyalara ayrılan vəsai artırılsın”

ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və Müsavat Partiyası istisna olmaqla, ölkədə olan digər bütün partiyalar dövlət maraqları çərçivəsində birlikdə çıxış edirlər”.

“Cebheinfo.az” xəbər verir ki, bunu parlamentin bugünkü iclasında deputat Siyavuş Novruzov deyib.

S.Novruzov təklif edib ki, partiyalara ayrılan vəsait artırılsın:

“AXCP və Müsavat Partiyası xəyanət yolunu tutub. Amma digər partiyalar dövlət maraqlarını daim müdafiə edirlər, birlikdə fəaliyyət göstərirlər. Bu baxımdan onların da maliyyə imkanlarının yaxşılaşması üçün büdcən partiyalara ayrılan vəsait artırılsa, məqsədəuyğun olardı”.

Vilayət Muxtar

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
98
1
cebheinfo.az

2Mənbələr