"Deputat seçildiyim Şabran rayonunun mərkəzi stadionunun əsaslı şəkildə təmirinə ehtiyac var. Hesab edirəm ki, həmin stadionun yüksək səviyyədə təmiri həm gənclərin idmana olan marağını artırar, həm də onların sağlam ruhda böyümıəsinə müsbət təsir göstərər".
Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Mahir Süleymanlı parlamentdə 2026-cı ilin büdcə layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı səsləndirib.
Millət vəkili həmçinin Şabranın bəzi kəndlərində məktəb və bağça binalarının da təmrinə ehtiyac duyulduğunu diqqətə çatdırıb.
Mahir Süleymanlı onu da vurğulayıb ki, ölkə başçısının həyata keçirdiyi uğurlu sosial-iqtisadi siyasət xalqın rifahının getdikcə yaxşılaşmasına xidmət edir.
Süleyman