Təranə Qumral nigahdankənar övlad dünyaya gətirənləri qınayıb.
Adalet.az bildirir ki, müğənni belə insanların cəmiyyətdə söz sahibi olmasını düzgün hesab etməyib:
“Hər kəs efirə çıxan kimi ailə dəyərlərindən danışır. Ən dəhşətlisi də odur ki, qeyri- qanuni, başqasının həyat yoldaşından övlad dünyaya gətirənlər də bu millətə əxlaq dərsi keçir. İnanın ki, gülünc haldır. Özü cəmiyyətə doğru- dürüst övlad yetişdirə bilməyənlər başqasının ailəsini müzakirə edir. Öz evində nizam- intizam yarada bilməyənlər, cammatın balalarına ağıl verir. İnsan birinci gərək öz evinin içinə baxsın.
Danışsam çox şeyləri deyəcəm. Ona görə sussam yaxşıdır”.
Əntiqə