AZ

Bakıda “Siqaretimi kim çəkib?” mübahisəsində üç nəfər bıçaqlanıb

BAKI, 2 dekabr. TELEQRAF

Bakının Nərimanov rayonunda 25 yaşlı ElcanQulamov (soyad şərtidir) üç tanışını bıçaqlayıb.

Teleqraf-ın məlumatına görə, tərəflərin mübahisəsi siqaret üstündə olub.

Belə ki, dostlar restoranların birində ad günü məclisinə toplaşıb. Məclisin sonuna yaxın dostlardan birinin siqaretinin yoxa çıxdığı bəlli olub.

Bu zaman siqareti yoxa çıxan şəxs məclis iştirakçılarından “Məni siqaretimi kim çəkib?” deyə soruşub. Cavab ala bilməyən Sübhan Məmmədov (soyad şərtidir) ümumi olaraq siqaterini götürən şəxs barədə nalayiq formada söyüş söyüb.

Bundan sonra Elcanla Sübhan arasında siqaretə görə mübahisə yaranıb. Restoranın çölündə davam edən mübahisənin nəticəsində Elcan Sübhanı və müahisəyə qarışan Fəridlə Rəşada bıçaqla xəsarət yetirib.

Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan işin yekununda ElcanQulamov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Seçilən
29
5
teleqraf.com

6Mənbələr