AZ

Sabah yağış yağacaq - PROQNOZ

Azərbaycanda dekabrın 3-də havanın yağıntılı keçəcəyi gözlənilir.

Aznews.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gecə arabir güclənəcək.

Havanın temperaturu gecə 8-11, gündüz 12-15 dərəcə isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.

Seçilən
501
49
aznews.az

10Mənbələr