Bakı. Trend:
Bu ilin yanvar-sentyabr aylarında Şərq-Qərb nəqliyyat dəhliziilə daşınmış yüklərin həcmi 12,615 milyon ton olub.
Trend bubarədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə150,3 min ton və ya 1,2% azdır.
Belə ki, ötən ilin yanvar-sentyabr aylarında Şərq-Qərb nəqliyyatdəhlizi ilə daşınmış yüklərin həcmi 12,765 milyon ton olmuşdu.
Dövr ərzində Şərq-Qərb nəqliyyat dəhlizi üzrə daşınan yüklərin6,117 milyon tonu Avropa-Qafqaz-asiya dəhlizinin payına düşüb. Buisə ötən ilin ilk 9 ayındakı göstərici ilə müqayisədə 405 min tonvə ya 6,2% azdır.
Qeyd edək ki, ümumilikdə, 2025-ci ilin yanvar-sentyabr aylarındanəqliyyat dəhlizlərində dəmir yolu nəqliyyatı ilə 10,556 milyonton, avtomobil nəqliyyatı ilə 8,009 milyon ton və dəniz nəqliyyatıilə 5,590 milyon ton yük daşınıb.
Dəmir yolu nəqliyyatı ilə daşınmış yüklərin 46 faizini,avtomobil nəqliyyatı ilə daşınmış yüklərin 41,9 faizini, dəniznəqliyyatı ilə daşınmış yüklərin 94,7 faizini tranzit yüklər təşkiledib.