AZ

Psixoloji qusma: Stres bədənimizə necə təsir edir?

Psixoloji qusma mədə və həzm problemlərindən deyil, psixoloji səbəblərdən qaynaqlanan qusmadır.


Pravda.az bildirir ki, bu, adətən stress, panik hissi və iş həyatındakı problemlər zamanı ortaya çıxır.


Niyə baş verir?
Bədənin “savaş-qaç” reaksiyası adrenalin və digər stress hormonlarını artırır. Bu isə mədədə diskomforta və qusmaya səbəb olur.
 

Nə etmək lazımdır?
Stresi azaltmaq üçün meditasiya, nəfəs məşqləri, təmiz hava və həzm üçün asan qidalar tövsiyə edilir. Bitki çayları, məsələn, zəncəfil və çobanyastığı qusmanı yüngülləşdirə bilər.


Psixoloji dəstək vacibdir
Qusma davam edirsə, yalnız mədə sakitləşdiricilər kifayət etmir. Bu halda psixoloq və ya psixatra müraciət etmək vacibdir.
 

Əminə Bayramova 

Tarix: 2 Dekabr 2025, 13:58   
Seçilən
43
pravda.az

1Mənbələr