AZ

Sevgi palitrası” – Beynəlxalq Əlillər Günü münasibətilə sərgi açıldı

Muzey Mərkəzində müxtəlif inkişaf məhdudiyyətli, o cümlədən Daun sindromlu uşaqların əl işlərindən ibarət “Sevgi palitrası” adlı sərgi açılıb.

Mədəniyyət Nazirliyindən Publika.az-a verilən məlumata görə, noyabrın 28-də təşkil edilən sərgi 3 dekabr – Beynəlxalq Əlillər Gününə həsr olunub.

Tədbirdə “Qayğı – Sağlam Nəsil Naminə” İctimai Birliyinin nümayəndələri, rəssamlar, ictimaiyyət nümayəndələri və sənətsevərlər iştirak ediblər.

Sərginin məqsədi fiziki məhdudiyyətli uşaqların cəmiyyətə inteqrasiyasına, yaradıcılıq qabiliyyətlərinin nümayişinə və ictimai diqqətin bu mövzuya yönəldilməsidir.

Ekspozisiyada 21 nəfər Daun sindromlu və müxtəlif inkişaf məhdudiyyətli uşaqların rəssamlıq üzrə əl işləri nümayiş olunub. Sərgi ziyarətçilər tərəfindən maraqla qarşılanıb.

Seçilən
8
6
publika.az

7Mənbələr