Bakı. Trend:
Hazırda İranda su anbarları yağıntıların azlığına görə böhranlıvəziyyətdədir.
Trend-inməlumatına görə, bunu İranın Su və Kanalizasiya Şirkətinin icradirektoru Haşem Əmini bu gün (2 dekabr) Tehranda SuyunKeyfiyyətinin İdarəolunması Konfransında deyib.
Onun sözlərinə görə, İran artıq 6-cı ildir ki, quraqlıqşəraitindədir. Ötən 7 gün ərzində ölkədə yağıntılar 99,3%,uzunmüddətli dövrdə isə 88% azalıb.
Əmini deyib ki, ölkənin 62 min su anbarına su daxilolması ciddişəkildə azalıb və ötən 57 ildə ən az yağıntı anti-rekordu qeydəalınıb. Ölkənin əsas su anbarları, o cümlədən Əmir-Kəbir, Lar,Zayənderud, Dusti acınacaqlı vəziyyətdədir. Yağıntıların azalmasıölkənin strateji su ehtiyatlarını ciddi şəkildə hədələyir.
Qeyd edək ki, 23 sentyabr-29 noyabr aralığında İranın suanbarlarına daxil olan suyun həcmi 2,33 milyard kubmetr təşkiledib. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 38% azdır.
Qeyd olunan müddətdə İranın su anbarlarının su ehtiyatı 16,7milyard kubmetr təşkil edib.