Azərbaycan yığmasının hücumçusu Renat Dadaşov Polşa çempionatına növbəti matçına çıxıb.
Fanat.Az xəbər verir ki, onun çıxış etdiyi "Motor" 17-ci turda "Legiya" ilə qarşılaşıb.
Matç məhsuldar heç-heçə ilə yadda qalıb. Renatın komandası doğma meydanda 1:1 hesablı heç-heçəyə razılaşıb. Millimizin forvardı görüşün iştirakçısı olmayıb. 26 yaşlı forvardın adı qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.
Beləliklə, 16 oyun keçirən lublinlilər 20 xalla 13-cü pillədə qərarlaşıb.