AZ

Rusiya daha 2 yaşayış məntəqəsini ələ keçirdi

Rusiya Ukraynada daha iki yaşayış məntəqəsinin nəzarətə götürüldüyünü bildirib.
 
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
 
Bildirilib ki, rus qoşunları Zaporojya vilayətinin Zeleni Hay və Dobropilya kəndlərini nəzarətə götürüb.
 
Bu istiqamətdə Ukrayna Silahlı Qüvvələri 120-dən çox hərbçi və 4 zirehli döyüş maşını, o cümlədən Britaniya istehsalı olan “Mastiff” zirehli maşını itirib.
 
Ukrayna Ordusunun həmçinin səkkiz avtomobili, bir elektron döyüş stansiyasını, 7 silah-sursat və təchizat anbarını məhv edilib.
Seçilən
47
operativmm.az

1Mənbələr